EN

ABŞ-İran nüvə danışıqlarının ikinci raundu başa çatdı

ABŞ ilə İran arasında nüvə proqramı ilə bağlı aparılan danışıqların ikinci raundu başa çatıb.

“Yeni Sabah” xəbər verir ki, Omanın vasitəçiliyi ilə Cenevrədə keçirilən danışıqlarda əsas diqqət İranın nüvə fəaliyyətlərinin məhdudlaşdırılması və rəsmi Tehrana qarşı tətbiq olunan sanksiyaların mümkün yumşaldılması məsələlərinə yönəlib.

İran nümayəndə heyətinə ölkənin xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edib.

ABŞ tərəfi isə Prezidentin xüsusi elçisi Steve Uitkoff tərəfindən təmsil olunub.

Raundun yekunlarına dair açıqlamada hələlik hər hansı razılaşmanın əldə olunmadığı bildirilsə də, tərəflər müzakirələrin konstruktiv keçdiyini və dialoqun davam etdirilməsi niyyətində olduqlarını vurğulayıblar. Mənbələrin məlumatına əsasən, növbəti mərhələdə texniki detallarla bağlı ekspert səviyyəsində müzakirələrin aparılması mümkündür.

Qeyd edək ki, Vaşinqton və Tehran arasında nüvə proqramı ətrafında fikir ayrılıqları son illərdə regionda siyasi gərginliyin əsas səbəblərindən biri olaraq qalır. Mövcud danışıqlar diplomatik kanallar vasitəsilə qarşıdurmanın azaldılması və mümkün razılaşmanın əldə edilməsi istiqamətində növbəti cəhd kimi qiymətləndirilir.


Telegram kanalımız
Chosen
28
3
yenisabah.az

6Sources