EN

İran Hörmüz boğazını müvəqqəti bağlayır Cenevrədə nüvə danışıqları fonunda hərbi gərginlik

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İran dövlət televiziyası ölkənin canlı atəş təlimləri ilə əlaqədar “təhlükəsizlik səbəbilə” Hörmüz boğazını bir neçə saatlıq bağladığını açıqlayıb. Bildirilib ki, boğaz istiqamətində raket atışları həyata keçirilib.

Bizimyol.info xəbər verir ki, hadisə İranla ABŞ arasında İsveçrənin Cenevrə şəhərində keçirilən nüvə danışıqları fonunda baş verir. Tərəflər İranın nüvə proqramı ilə bağlı ikinci raund müzakirələrə başlayıblar. Danışıqlar vasitəçilərin iştirakı ilə aparılır və yalnız nüvə məsələlərini əhatə edir.

“Tasnim” xəbər agentliyi raketlərin hədəfləri dəqiq vurduğunu bildirib. Təlimlər İran İnqilab Keşikçiləri Korpusu tərəfindən Hörmüz boğazı, Fars və Oman körfəzlərində keçirilir. Bu, son həftələrdə bölgədə ikinci canlı atəş təlimidir.

ABŞ prezidenti Donald Tramp İranı nüvə proqramını məhdudlaşdırmağa çağıraraq, razılaşma əldə olunmasa güc tətbiqinin mümkünlüyünü istisna etməyib. İranın ali lideri Ayətullah Əli Xamenei isə ABŞ-ın bölgədə hərbi mövcudluğunu artırmasına sərt reaksiya verib və təhdidlər qarşısında geri çəkilməyəcəklərini bildirib.

Vaşinqton İranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışdığını bəyan edir. Tehran isə nüvə proqramının dinc məqsədlər daşıdığını vurğulayır.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
26
icma.az

1Sources