UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda baş tutacaq "Qarabağ" - "Nyukasl" (İngiltərə) matçına 27500 bilet satılıb.


Rekord.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.


“Qarabağ” – “Nyukasl” oyunu Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Standart biletlərin qiyməti:

10, 15, 25, 35, 40, 50, 75 AZN

VIP sektorlar: 200, 250, 300 və 400 AZN

VVIP sektorlar: 1000 AZN

Diqqət: Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlərimiz iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.

Görüş fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.