ain.az, Oxu.az portalına istinadən məlumat verir.
ABŞ-nin Kaliforniya ştatının təxminən 11 milyon sakini böyük daşqın riski ilə üzləşib.
Oxu.Az xəbər verir ki, müvafiq statistikanı Amerikanın NBC televiziya kanalı dərc edib.
Kanal bildirir ki, Los-Anceles dairəsinin bir neçə ərazisinin sakinlərinə artıq təxliyə əmri verilib. San-Fransisko sakinləri də risk altındadırlar.
ABŞ Milli Meteorologiya Xidməti bildirir ki, fevralın 15-dən bəri Kaliforniyada güclü leysan yağışları və küləklər baş verib, yağıntı bəzi yerlərdə 25 mm-ə çatıb. Los-Anceles üçün bu rəqəm aylıq orta göstəricinin təxminən dörddə birini təşkil edir. Güclü yağış həmçinin torpaq sürüşməsi riskini də artırır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.