EN

Aşağı sürətin yaratdığı təhlükə PARADOKS

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Avtomobillər test edilərkən adətən saatda 50 kilometr sürətlə baryerə çırpılır və nəticə ölçülür. Bu sürət bütün ölçmələrdə etalon hesab edilir. Lakin Almaniya Avtomobil Klubu ADAC başqa bir reallığı üzə çıxarıb.

Avtosfer.az xəbər verir ki, klub aşağı sürətin bəzən daha böyük risk doğurduğu qənaətindədir. Təhlükəsizlik kəmərləri və hava yastıqları müəyyən sürətlə baş verən toqquşma zamanı açılır. Aşağı sürətdə bunlar işə düşməyə bilər. 

Belə olduğu halda, ümid yalnız kəmərə qalır. Təhlükəsizlik kəməri isə hava yastığı açılmadıqda sürücü və ya sərnişini sərt şəkildə dayandırır. Bu zaman döş qəfəsinə çox böyük yük düşür. Belə situasiya qabaq oturacaqda əyləşən yaşlı sərnişinlər üçün daha təhlükəlidir.

Lakin klub bir məqamı da xatırladır: döş qəfəsinin kəskin yüklənməsi anidir, qısa vaxtda və əksər hallarda həkimə müraciət etmədən aradan qalxır.

Lakin 30 km/saatla alın şüşəsinə çırpılan başın dərdi çox ağır olur.

Vüqar

Oxunub 14

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
33
avtosfer.az

1Sources