EN

Pakistanda təhlükəsizlik postuna hücum olub

Yazını böyüt
Yazını kiçilt

Pakistanın Xayber Paxtunxva vilayətinin Bajaur dairəsində təhlükəsizlik postuna edilən terror hücumunda 12 silahlı və 11 təhlükəsizlik əməkdaşı həlak olub.

Hafta.az Çinin Sinxua agentliyinə istinadla xəbər verir ki, hücum edənlər postu keçməyə çalışsa da, təhlükəsizlik qüvvələri onları məhv edib.

Partlayıcı yüklü avtomobilin partlaması nəticəsində postun bir hissəsi dağılıb, yaxınlıqdakı yaşayış binalarına ziyan dəyib.

Hazırda təhlükəsizlik qüvvələri bölgədə qalan silahlıları zərərsizləşdirmək üçün əməliyyat aparır.

Chosen
52
5
hafta.az

6Sources