EN

Qaradağlı qətliamı ağır cinayət kimi yaddaşlarda əbədi qalacaq – XİN

"Qaradağlı qətliamı insanlığa qarşı törədilmiş ağır cinayət kimi yaddaşlarda əbədi qalacaq".

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X hesabında bildirilib."Bu gün Qaradağlı qətliamının 34-cü ildönümüdür. Azərbaycanın dinc əhalisinə qarşı erməni silahlı birləşmələri tərəfindən törədilmiş bu qanlı cinayət tariximizin ən faciəli və ağrılı səhifələrindən biridir.

Xüsusi amansızlıqla həyata keçirilmiş bu qətliam zamanı uşaqlar və qadınlar da daxil olmaqla 67 nəfər vəhşicəsinə qətlə yetirilib.Qaradağlı qətliamı insanlığa qarşı törədilmiş ağır cinayət kimi yaddaşlarda əbədi qalacaq və bu cür faciələrin heç vaxt unudulmaması hər birimizin mənəvi borcudur. Allah bütün şəhidlərimizə rəhmət eləsin!", - deyə paylaşımda qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
26
21
olaylar.az

10Sources