EN

Paşinyan Avropa Komissiyasının rəsmisi ilə regional hadisələri müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə baş direktoru Gert Yan Kupmanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Missiya.Az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Bildirilib ki, görüş zamanı tərəflər Ermənistan-Avropa İttifaqı (Aİ) əməkdaşlıq proqramlarını, eləcə də iqtisadi imkanların genişləndirilməsinə, investisiya mühitinin yaxşılaşdırılmasına və regional sabitliyin gücləndirilməsinə yönəlmiş gələcək təşəbbüsləri müzakirə ediblər.

Qeyd olunub ki, bundan əlavə həmsöhbətlər regional hadisələr və sülh gündəliyi ilə bağlı məsələlərin həllinə də toxunublar.

Daşqın HəsənovMissiya.Az

Chosen
53
missiya.az

1Sources