Ağdamda tələbə qız dərmandan zəhərlənib.
Bakıvaxtı.az-ın Trend-ə istinadən xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.
Belə ki, Biləsuvar sakini, 2007-ci il təvəllüdlü Əliyeva Ayşən Qorxmaz qızı qəbul etdiyi dərman vasitəsindən zəhərlənib.
A.Əliyeva Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb vəziyyəti orta ağır olduğu bildirilir.
Qeyd edək ki, A.Əliyeva Ağdam Dövlət Sosial-iqtisadi kollecinin tələbəsidir.
Faktla bağlı araşdırma başlanıb.