EN

Obama yenidən açıqlama verməli oldu: Heç bir sübut yoxdur Heç bir sübut yoxdur

Obama yenidən açıqlama verməli oldu: Heç bir sübut yoxdur Heç bir sübut yoxdur

ABŞ-ın keçmiş prezidenti Barak Obama “Yadplanetlilər həqiqətdir” dedi, sosial media konspiroloji nəzəriyyələrlə çalxalandı.

Mübahisələr sürətlə böyüdükdən sonra Obama yenidən açıqlama vermək məcburiyyətində qalıb. O “Prezidentliyim dövründə yer kənarındakı varlıqların bizimlə təmas qurduğuna dair heç bir sübut görməmişəm”, — deyə bildirib.

"Yadplanetlilər həqiqətdir? Onlar realdır, amma mən görməmişəm".

Bu sözlərlə dünya gündəminə damğa vuran keçmiş prezident müzakirələr şiddətləndiyi üçün məsələyə aydınlıq gətirməli olub. Hadisə Barak Obamanın qatıldığı bir proqramda “Yadplanetlilər həqiqətdir” deməsi ilə başlayıb.

Beynəlxalq mətbuat bu ifadəni “Obama yadplanetlilərin varlığını təsdiqlədi” başlıqları ilə tirajlayıb, sosial şəbəkələrdə minlərlə paylaşım edilib.

Obamanın ilkin açıqlaması belə olub:

"Onlar realdır, amma mən görməmişəm və '51-ci bölgə'də saxlanılmırlar. Orada heç bir yeraltı obyekt yoxdur. Təbii ki, əgər bunu ABŞ prezidentindən gizlədəcək nəhəng bir qəsd planı mövcud deyilsə".

Bu sözlərdən sonra konspiroloji nəzəriyyələr yenidən alovlanıb. Lakin bir neçə saat sonra Obama "Instagram" hesabından paylaşım edərək fikirlərinə aydınlıq gətirib. O, prezidentliyi dövründə bu barədə heç bir rəsmi sübutla qarşılaşmadığını vurğulayıb.

"51-ci bölgə" nədir?

Nevada ştatında yerləşən "51-ci bölgə" ABŞ Hərbi Hava Qüvvələrinə məxsus yüksək təhlükəsizlikli hərbi obyektdir. Bu mərkəzin xüsusilə eksperimental döyüş təyyarələri və aviasiya texnologiyalarının sınaqdan keçirildiyi məxfi baza olduğu məlumdur. Lakin konspiroloqlar onilliklərdir ki, burada yadplanetlilərin gizlədildiyini və onların üzərində təcrübələr aparıldığını iddia edirlər.

Chosen
21
afn.az

1Sources