EN

Gürcüstan Milli Kino Mərkəzi ilə memorandum imzalanıb

Gürcüstan
Ölkəmiz 12–22 fevral tarixlərində Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən 76-cı Berlin Beynəlxalq Film Festivalında (Berlinale) təmsil olunur. 1news.az xəbər verir ki,Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində milli kinematoqrafiyamızın dünyada daha geniş tanıdılması və bu sahədə əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə işgüzar görüşlər keçirir, müzakirələr aparır.
Bu görüşlər çərçivəsində Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) ilə Gürcüstan Milli Kino Mərkəzi arasında memorandum imzalanıb.
Memorandumun məqsədi audiovizual fəaliyyət sahəsində birgə istehsal (co-production) mexanizmlərinin təkmilləşdirilməsi, yerli və xarici film istehsalçılarına birgə xidmətlərin təklif edilməsi, hər iki ölkənin mədəni dəyərlərini əhatə edən layihələrin artırılması, iki ölkə arasındakı dostluq əlaqələrinin kinematoqrafiyada təsvir edilməsini təşviq etməkdir. Sənədi ARKA-nın baş direktoru Rəşad Əzizov və Gürcüstan Milli Kino Mərkəzinin baş direktoru Mamuka Bliadze imzalayıblar. Memorandumda bu sənədin müddəalarından irəli gələn əməkdaşlıq fəaliyyətinin icrasını təmin etmək məqsədilə tərəflər arasında müvafiq müqavilələrin imzalanması nəzərdə tutulur.
Chosen
19
7
1news.az

8Sources