EN

Qızını cinsi zorakılıqla hədələyən ata həbs olundu

Bakıda həyat yoldaşı və uşaqlarına qarşı zorakılıq edən şəxs məsuliyyətə cəlb olunub.

Azreform.info xəbər verir ki, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində ailə üzvlərinə qarşı zorakılıq hərəkətləri törətməkdə şübhəli bilinən 41 yaşlı Asif Abbasov müəyyən olunub. O, saxlanılaraq inzibati qaydada həbs edilib.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Kəmalə Aşumova sosial media hesabında narkotik asılısı olan atanın qızına cinsi zorakılıq edəcəyi ilə hədələdiyi barədə məlumat yayıb.

İddiaya görə, həmin kişi narkotik aludəçisi olaraq həbsdə qalıb, sonra amnistiya ilə çıxıb. Qadın Dəstək Xəttinə müraciət edən ana bildirib ki, özü və 3 azyaşlı övladı həyat yoldaşı tərəfindən davamlı məişət zorakılığı və ölüm təhdidlərinə məruz qalır.

Araşdırmalar davam etdirilir./Trend.Az

Chosen
17
9
azreform.info

10Sources