EN

Azərbaycanla BƏƏ aqrar sahədə Anlaşma Memorandumunun imzalanmasına dair ilkin razılığa gəliblər

Bakı. Trend:

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında aqrarsahədə əməkdaşlığı genişləndirmək məqsədilə birgə işçi qrupununyaradılması, kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumununhazırlanaraq imzalanması barədə ilkin razılıq əldə olunub.

Trend KəndTəsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bununla bağlıAzərbaycanda səfərdə olan BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühitnaziri Amna bint Abdulla Əl Dahak Əl Şəmsinin rəhbərlik etdiyinümayəndə heyəti ilə görüşdə müzakirələr aparılıb.

Belə ki, Kənd Təsərrüfatı Nazirliyində Azərbaycanda səfərdə olanBirləşmiş Ərəb Əmirliklərinin iqlim dəyişikliyi və ətraf mühitnaziri Amna bint Abdulla Əl Dahak Əl Şəmsinin rəhbərlik etdiyinümayəndə heyəti ilə görüş keçirilib.

Qonaqları salamlayan Azərbaycan Respublikasının kənd təsərrüfatınaziri Məcnun Məmmədov iki ölkə arasında əməkdaşlığı inkişafetdirmək üçün böyük potensialın olduğunu deyib. Nazir qeyd edib ki,keçirilən müzakirələr Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləriarasında aqrar sahədə əməkdaşlıq perspektivlərini araşdırmağa vəyeni tərəfdaşlıq yaratmağa imkan verir. Qeyd olunub ki, ixracyönümlü məhsullar haqqında müntəzəm məlumat mübadiləsi aparmaq, həriki ölkədə keçirilən beynəlxalq sərgilərdə qarşılıqlı iştirak etməkimkanlarını araşdırmaq vacibdir. Məcnun Məmmədov iki ölkə arasındakonkret sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üçün hüquqibazanın formalaşdırılmasının vacibliyini vurğulayıb.

Səmimi qəbula görə təşəkkür edən Birləşmiş Ərəb Əmirliklərininiqlim dəyişikliyi və ətraf mühit naziri Amna bint Abdulla Əl DahakƏl Şəmsi bildirib ki, ölkəsi Azərbaycanla aqrar sahədə əməkdaşlığıgenişləndirməkdə maraqlıdır. Birləşmiş Ərəb Əmirliklərinin dünyamiqyasında daha etibarlı qida təchizatı zənciri yaratmaq üçünbeynəlxalq əməkdaşlıqların qurulmasının vacibliyinə diqqət çəkənnazir bu baxımdan Bakıda keçirdiyi görüşləri müsbətqiymətləndirib.

Görüşdə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında kəndtəsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması,heyvandarlıq və kənd təsərrüfatının digər sahələrinə investisiyaqoyuluşu imkanları, aqrar sahədə yeni texnologiyaların tətbiqi vədigər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasındaaqrar sahədə əməkdaşlığı genişləndirmək məqsədilə birgə işçiqrupunun yaradılması, kənd təsərrüfatı sahəsində AnlaşmaMemorandumunun hazırlanaraq imzalanması barədə ilkin razılıq əldəolunub.

Chosen
64
10
az.trend.az

10Sources