EN

Orqanizmini oruc tutmağa hazırla

Axsham.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ramazan ayının başlamasına bir gün qalıb. Bir çoxları səhhəti ilə bağlı oruc tutmaqdan narahatdır. Bəziləri isə səhhətindəki problemlərə baxmayaraq oruc tutmağa hazırlaşır.

Axşam.az xəbər verir ki, Ramazanın ilk günləri insan üçün ac qalmaq çətinlik yarada bilər. Bunun üçün düzgün qidalanmağa çalışın. Mədəyə ağırlıq verən kalorili qidalardan uzaq olun.

Sahurda çalışın az duzlu pendir, suda bişmiş yumurta, duzu çox olmayan zeytun, bal, qaymaq və əsl kərə yağı yeyin. Şirnidən qaçın. Kolbasa, basdırma, hisəverilmiş ətlər sizi gün ərzində həm acdıracaq, həm də su istəyinizi çoxaldacaq. Səhər yeməyindən sonra dərhal yatmağa çalışmayın. 20 dəqiqə oyaq qalın. Yeməyi az-az yeyin və çox çeynəyin. Bacarsanız göyərti, xiyar, qatıq və süd də tükətin. Ağ çörək yeməməyə çalışın. Bu, mədənizdə şişib ağırlıq hissi yaradacaq. 

İftar da ismak qədər önəmlidir. İftar saatında dərhal yeməyə oturmayın. İlk olaraq 1 stəkan su için. 10 dəqiqə fasilə verin ki, boş mədəniz qida qəbuluna hazırlaşa bilsin. İftarda yüngül qidalarla başlamaq həzm sistemini rahatlaşdırmağa kömək edir. Şorba içmək mütləqdir. Birbaşa ağır yemək olmaz. Çalışın yeməkləri zeytun yağında hazırlayın. Marqarindən hazırlanan qidalardan uzaq olun. 

İftardan sonra 1 saat fasilə verin və meyvə yeyin. Əgər şirniyyat istəyirsinizsə, bunu meyvə və ya yüngül bir şeylə əvəzləyin. Çayınızı quru meyvələrlə içməyə çalışın. 

Ramazanda bədənin su balansını qorumaq həm önəmli, həm də çətindir. Ona görə də, çalışın sahura qədər bir neçə dəfə su içəsiniz. 

Ramazan ayında oruc tutmaq immun sistemini təbii şəkildə gücləndirir. Orta hesabla 15-16 saat davam edən oruc müddəti bədənin zədələnmiş hüceyrələri bərpa etməsinə və immun sistemini gücləndirməsinə imkan verir.

Uzun müddət davam edən oruc, zəif hüceyrələrin aradan qaldırılmasına kömək edərək, autofagiya mexanizmini işə salır. Həzm sistemi dayandıqda, immun sistemi aktivləşir və bədənin enerjisi infeksiyalarla mübarizə aparan ağ qan hüceyrələrinin sərbəst buraxılmasına imkan verir.

Ramazan pəhrizində yüksək antioksidan dəyərinə malik qidaların qəbul edilməsi immun sistemini dəstəkləyir. Yumurta kimi zülal mənbələri və qoz, badam və zeytun kimi yağlı toxumlar sahurda (səhər yeməyi) əhəmiyyətli töhfə verir.

Zəncəfil, zerdeçal və evdə hazırlanmış qatıq həm probiotik, həm də antioksidant dəstəyi təklif edir. Gündəlik bir stəkan kefir qəbul etmək immunitet sistemini gücləndirir.

İftarda və sahurda xurma, qırmızı çuğundur, mövsümi tərəvəzlər, salatlar və tam taxıllı çörəklər balanslaşdırılmış miqdarda daxil edilməlidir. İftar və sahur arasında meyvə istehlakı vitamin ehtiyaclarını ödəyir, karbohidrat və yağlarla zəngin qidalardan isə çəkinmək tövsiyə olunur.

Ramazan ayında immunitet sisteminizi gücləndirmək üçün bəzi təkliflər:

Hər gün bir stəkan kefir və ya evdə hazırlanmış qatıq için.

Zəncəfil və zerdeçal istifadə edin.

Bol meyvə və tərəvəz yeyin.

Xurma və qırmızı çuğundur kimi antioksidant qidalara üstünlük verin.

Tam taxıl çörəyi istehlak edin.

Liflə zəngin qidalara diqqət yetirin.

Karbohidratlardan və şəkərli qidalardan çəkinin.

Çay və qəhvə istehlakını azaldın.

Toxluq hissi 20 dəqiqədən sonra yaranır; tez yemək həddindən artıq kalori qəbuluna səbəb olur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
30
axsam.az

1Sources