Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Kəpəz"in bıçaqlanan futbolçusu Veysəl Rzayev xəstəxanadan evə buraxılıb.Bu barədə Bizim.Media-ya açıqlamasında klubun Media və Marketinq departamentinin direktoru Gəray Qiyasov məlumat verib.Onun sözlərinə görə, futbolçu yaxın zamanda məşqlərə qoşulacaq:“Veysəl artıq Bakıdadır və burda davamlı olaraq müayinələrə gedir. Belə davam etsə, 10 günə, maksimum 2 həftəyə məşqlərə başlaya bilər. Təbii ki, məşqlərə başlayan kimi oyuna çıxmayacaq. Amma ən azından məşqlərə başlaya biləcək”.Xatırladaq ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Veysəl Rzayev 3 fevral tarixində qarın boşluğunun kəsilmiş-deşilmiş yarası ilə Gəncə Şəhər Xəstəxanasına yerləşdirilib.Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində V.Rzayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı Nihad Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.Naibə Məmmədova, Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.