EN

Qərbi Afrikada vəziyyət kritikləşir Burkina Faso Fransa ilə döyüşə hazır olduğunu açıqladı

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Burkina-Fasonun xarici işlər naziri Karamok Jan-Mari Traor ölkəsinin Nigerin tərəfində Fransa ilə döyüşməyə hazır olduğunu bəyan edib.

Oxu.Az-ın RT-yə istinadən xəbərinə görə, Traor Nigerin Baş Qərargah rəisinin Fransa ilə müharibəyə hazırlıqlar aparıldığını elan etməsindən sonra bu bəyanatı verib:

"Qeyd etməliyəm ki, şəxsən mən bu mesajı birbaşa almamışam, amma mahiyyəti aydındır. Dərhal təsdiqləyə bilərəm ki, üç dövlətin ərazisi alyansın (Sahel Dövlətləri Alyansı - red.) yarandığı gündən bəri hərbi əməliyyatlar üçün vahid struktur elan edilib. O vaxtdan bəri biz hesab edirik ki, Nigerdə nə ​​baş verərsə, bu, Burkina-Fasoya aiddir və eynilə əksinə. Və əlbəttə ki, Malidə baş verənlər hər iki ölkəyə aiddir".

Onun sözlərinə görə, subregionun əhalisi bütünlükdə başa düşməlidir ki, təhlükəsizlik fraqmentar xarakter daşımır və Sahel Dövlətləri Alyansı ilə aparılan iş bütün Qərbi Afrikada təhlükəsizliyə təsir edir:

"Beləliklə, bu bəyanat onun əsas məzmunundan ayrıca şəkildə, bütün sistemə - əhalimizi qapadan, təhlükəsizliyimizi oğurlayan, bizi təhlükəyə atan və həmişə ən aşağı səviyyəyə qoyan sistemə qarşı mübarizə nöqteyi-nəzərində nəzərdən keçirilməlidir".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
41
oxu.az

1Sources