EN

UEFA-dan Əliyar Ağayevə təyinat

FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, Ağayev Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “KuPS” (Finlandiya) – “Lex” (Polşa) matçının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. İngiltərəli Styuart Ettuell VAR hakimi, digər həmyerlimiz Nicat İsmayıllı isə VAR hakiminin köməkçisi kimi fəaliyyət göstərəcək.

Qarşılaşma fevralın 19-da Tampere şəhərindəki “Tammelan” stadionunda keçiriləcək.

Chosen
36
15
football-plus.az

10Sources