"Kəpəz"in bıçaqlanan futbolçusu Veysəl Rzayev xəstəxanadan evə buraxılıb.
Bu barədə Bizim.Media-ya açıqlamasında Media və Marketinq departamentinin direktoru Gəray Qiyasov məlumat verib.
Onun sözlərinə görə, futbolçu yaxın zamanda məşqlərə qoşulacaq:
“Veysəl artıq Bakıdadır və burda davamlı olaraq müayinələrə gedir. Belə davam etsə, 10 günə, maksimum 2 həftəyə məşqlərə başlaya bilər. Təbii ki, məşqlərə başlayan kimi oyuna çıxmayacaq. Amma ən azından məşqlərə başlaya biləcək”.
Xatırladaq ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Veysəl Rzayev 3 fevral tarixində qarın boşluğunun kəsilmiş-deşilmiş yarası ilə Gəncə Şəhər Xəstəxanasına yerləşdirilib.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində V.Rzayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı Nihad Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.
Naibə Məmmədova, Bizim.Media