EN

Əziz Əzizov əmr imzaladı: YENİ TƏYİNAT

Ajans.az xəbər verir ki, bununla bağlı icra başçısı Əziz Əzizov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Eldəniz Əliyev icra hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri təyin olunub. Qeyd edək ki, Eldəniz Əliyev Əziz Əzizovun yaxın kadrı kimi tanınır. O, əvvəllər Əziz Əzizovun Suraxanı RİH-in başçısı olduğu dövrdə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, sonra isə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, 62 yaşlı Ə.Əzizov 19 ildir icra başçısı vəzifəsində çalışır. O, 2006-2018-ci illərdə Cəlilabadın, 2018-2019-cu illərdə Yasamalın, 2019-2024-cü illərdə Suraxanının icra başçısı vəzifəsində işləyib. 2024-cü ildən isə Beyləqanın icra başçısıdır./İqtisadiyyat.az 

Chosen
13
10
Ajans.az

10Sources