EN

XİN Qaradağlı faciəsi ilə bağlı paylaşım etdi

Azərbaycan Xarici İşlər Nazirliyi Qaradağlı qətliamının 34-cü ildönümü ilə bağlı paylaşım edib.Metbuat.az xəbər verir ki, paylaşımda deyilir:

"Azərbaycanın dinc əhalisinə qarşı erməni silahlı birləşmələri tərəfindən törədilmiş bu qanlı cinayət tariximizin ən faciəli və ağrılı səhifələrindən biridir. Xüsusi amansızlıqla həyata keçirilmiş bu qətliam zamanı uşaqlar və qadınlar da daxil olmaqla 67 nəfər vəhşicəsinə qətlə yetirilib. Qaradağlı faciəsi insanlığa qarşı törədilmiş ağır cinayət kimi yaddaşlarda əbədi qalacaq və bu cür faciələrin heç vaxt unudulmaması hər birimizin mənəvi borcudur".

Chosen
19
21
metbuat.az

10Sources