EN

SOS: Azərbaycanda uşaqlar SİLAHLANIR - Müəllimə güllələndi, 9 sinif şagirdi isə özünü güllələdi - Ölkədə nə baş verir?

Quba rayonunda bədbəxt hadisə baş verib. İlkin məlumata görə, 9-cu sinif şagirdi ov tüfəngi ilə özünü güllələyərək həyatına son qoyub.

Paytaxt.org "Musavat.com"-a istinala xatırladır ki, hadisənin hansı şəraitdə baş verdiyi hələlik dəqiqləşdirilir.

Məlumata əsasən, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

“İdrak”

Bundan qabaq isə "İdrak" liseyində şagird ov tüfəngi ilə müəllimini güllələyib. Fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən "İdrak" liseyində şagirdi tərəfindən güllələnmiş müəllim Şəhla Kamilova evə buraxılıb. Bu barədə Kliniki Tibbi Mərkəzin məlumatında bildirilib.

Azərbaycanda ov silahı əldə etməklə bağlı qaydalar var. Ancaq indi real təhdid odur ki, yeniyetmələr, uşaqlar o silahlardan istifadə edirlər. Bu silahları evlərdən yığışdırmaq zamanıdırmı, yoxsa başqa addımlar atılmalıdır? Uşaqların odlu silaha meyli niyə artır?

Paytaxt.org bildirir ki, sabiq polis rəisi, ekspert-kriminalist Mahmud Hacıyev Musavat.com-a qeyd edib ki, ov tüfənglərinin yığılması və ya uşaqların telefonlarının əlindən alınması kimi şablon yanaşmalar problemi kökündən həll etmir:

“Bu cür hadisələr artıq tez-tez baş verdikdə elə profilaktik tədbirlər görülməlidir ki, gələcəkdə problemin qarşısını ala bilsin. Yoxsa şablon fikirlər irəli sürüb demək ki, “gəlin kütləvi şəkildə kimin ov tüfəngi varsa yığaq” – bu doğru yanaşma deyil. Bu, problemin qarşısını ala biləcək real mexanizm deyil. Sadəcə şablonçuluqdur. Halbuki bunun ayrı-ayrı, daha təsirli metodları var. Təkcə tüfəngləri yığmaqla məsələ həll olunmur. Tutaq ki, 100 nəfərin qanunla qeydiyyatdan keçmiş ov tüfəngi var. Həmin yüz nəfərdən biri səhlənkarlıq edirsə və ya cinayət tərkibli hadisə törədirsə, digər 99 nəfərin günahı nədir? Hamını eyni qəlibə salmaq, kollektiv məsuliyyət prinsipi ilə yanaşmaq nə hüquqi, nə də məntiqi baxımdan əsaslıdır”.

Onun sözlərinə görə, son vaxtlar şablon fikir formalaşıb:

“Kimi dindirirsən, deyir, psixoloqam. Deyirlər, ölkədə 10 min psixoloq var. Amma açıq danışaq – o psixoloqların 10 mini birə dəyməz, biri də heçə. Mən onların çoxunu psixoloq hesab etmirəm. Hər məktəbdə psixoloq var, amma bir gün işə gedirlər, on gün getmirlər. Araşdıranda da məlum olur ki, ya direktorun qohumudur, ya hansısa nazirlikdə qohumu işləyir. Ümumi psixologiya dərsliyini oxuyub adını qoyurlar psixoloq. Psixoloq olmaq bu deyil. Bu, çox ciddi və peşəkar yanaşma tələb edən sahədir.

Onun fikrincə, hər şeyi hüquq-mühafizə orqanlarının üstünə atmaq olmaz:

“Əlbəttə, hüquq-mühafizə orqanları işləməlidir. Lakin əslində kompleks tədbirlər hazırlanmalıdır. Həmişə bir hay-küy olur ki, guya bir hadisənin gələcəkdə təkrarlanmaması üçün tədbirlər görülür. Amma nəticədə biri çıxıb deyir ov tüfəngləri yığılsın, digəri deyir uşaqlardan telefonlar alınsın. Bu, yanaşma deyil".

M.Hacıyev vurğulayıb ki, hüquq-mühafizə orqanları, Elm və Təhsil Nazirliyi və icra strukturları birlikdə kompleks tədbirlər hazırlamalıdır.

Chosen
58
paytaxt.org

1Sources