EN

"Zirə"nin hücumçusu Rusiya klubuna keçdi - RƏSMİ

"Zirə" futbolçusu Yeqor Boqomolskini icarə əsasında ölkə xaricində oynayacaq.

Fanat.Az xəbər verir ki, məlumatı "qartallar"ın mətbuat xidməti məlumat yayıb.

25 yaşlı hücumçu cari mövsümün sonuna kimi Rusiyanın "Ural" klubunda çıxış edəcək. "Ural" yayda müəyyən məbləğ ödəyərək Yeqorun transfer hüquqlarına da yiyələnə biləcək.

Xatırladaq ki, Boqomolski daha öncə Azərbaycanda "Neftçi"nin uğurları üçün çalışıb. Ötən yay "ağ-qaralar"dan ayrılaraq "Zirə"yə keçən belaruslu forvard Rəşad Sadıqovun rəhbərlik etdiyi komandada əsas fiqurlardan birinə çevrilə bilməyib.
 

Chosen
9
fanat.az

1Sources