Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
100 ilə yaxındır minik avtomobillərinin tormoz sistemi belə bir mexanizmə əsaslanır: sürücü pedalı basdıqda maye bu təzyiqi tormoz qəliblərinə ötürür. Sürtünmə nəticəsində maşının sürəti azalır və ya tam dayanır.
Avtosfer.az xəbər verir ki, çinli elektromobil istehsalıçıları bu sistemdən uzaqlaşmaq istəyirlər. Onlar tam elektrikli tormoz sisteminə keçmək niyyətindədirlər. “Full by wire” adlı sistemdə tormoz silindri və mayesinə ehtiyac qalmayacaq. Xüsusi blok pedalın siqnalını təkərdəki elektronik hərəkətləndiriciyə ötürəcək. Bununla da tormozlama tam elektikli olacaq.
Belə bir sual da ortaya çıxır: yeni sistem nə qədər etibarlıdır?
Təhlillər göstərir ki, hər 2 sistem qüsurlardan xali deyil. əgər mayeli tormozda boru partlaya bilirsə, elektrikli tormozda siqnal itə və ya proqram xətası ola bilər.
“Bosch”, “Continental”, ZF və “Brembo” kimi böyük detal istehsalçıları bu sistemi bəzi modellərdə tətbiq etsələr də, hidravlik tormozu saxlayıblar. Sadəcə oplaraq, proses Avropada ləng, Çində isə sürətli gedir.
Vüqar Yaşaroğlu


Oxunub 48
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.