EN

Xameni azərbaycanlılarla görüşdə Trampı HƏDƏLƏDİ

ain.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

İranın ali lideri Ayətullah Seyid Əli Xamenei ABŞ Prezidenti Donald Trampın hərbi təhdidlərinə sərt reaksiya verib.Modern.az İran KİV-nə istinadən xəbər verir ki, Xamenei bu reaksiyanı Tehrandakı İmam Xomeyni Hüseyniyyəsində Şərqi Azərbaycan əyalətindən olan insanlarla - azərbaycanlılarla görüşdə göstərib.

Xamenei bugün keçirilən həmin görüşdə İran xalqına da müraciət edib.

ABŞ Prezidenti Donald Trampın hərbi təhdidlərinə cavab verən Ayətullah Xamenei deyib: "ABŞ Prezidenti daim ordusunu "dünyanın ən güclü ordusu" kimi təsvir edir, lakin hətta bu güc belə gözlənilməz məğlubiyyətlərlə üzləşə bilər. O, İrana gəmilər göndərməklə öyünür. Gəmi təhlükəli bir vasitədir, amma gəmidən daha təhlükəlisi onu dənizin dibinə batıra bilən silahdır".

Xamenei daha sonra əlavə edib: "Son çıxışlarından birində ABŞ Prezidenti etiraf etdi ki, ölkəsi İslam Respublikasını 47 ildir məhv edə bilməyib. Bu, yaxşı bir etirafdır. Demək istədiyim odur ki, siz də bunu edə bilməzsiniz".Qeyd edək ki, hazırda İsveçrənin Cenevrə şəhərindəki Oman səfirliyində İran və ABŞ arasında dolayı nüvə danışıqlarının ikinci mərhələsi keçirilir.

Danışıqların bu mərhələsi də əvvəlki kimi Omanın xarici işlər naziri Bədr əl-Busaidinin vasitəçiliyilə baş tutub.

Prosedura əsasən, hər iki nümayəndə heyəti əvvəlcə Oman tərəfi ilə görüşəcək, fikirlərini və qiymətləndirmələrini Omanın xarici işlər nazirinə çatdıracaq; sonra Omanın xarici işlər naziri bu məsələləri tərəflərə çatdıracaq.

Cenevrə danışıqlarının mövzusu nüvə məsələlərinin müzakirəsidir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
18
modern.az

1Sources