EN

Əliyar Ağayev UEFA Konfrans Liqasının pley-off oyununu idarə edəcək

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
 
Moderator.az qurumun rəsmi saytına istinadən istinadın xəbər verir ki, o, UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “KuPS” (Finlandiya) – “Lex” (Polşa) matçının baş hakimi olacaq.
 
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. İngiltərəli Styuart Ettuell VAR, digər həmyerlimiz Nicat İsmayıllı AVAR kimi fəaliyyət göstərəcək.
 
Qarşılaşma fevralın 19-da Tampere şəhərindəki “Tammelan” stadionunda keçiriləcək.
 
Chosen
25
15
moderator.az

10Sources