Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsində yaşayış binasında baş vermiş yanğın tam söndürülüb.
Bu barədə Far.Az-ə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
***14:10
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən paytaxtın Yasamal rayonu, Lev Tolstoy küçəsində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Bu barədə Far.Az-ə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Hazırda binanın taxta arakəsmələrinin sökülməsi və bəzi tüstülənmə ocaqlarının söndürülməsi istiamətində işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
Qalereya
***11:45
Bakının mərkəzində binada yanğın başlayıb.
Far.Az-in məlumatına görə, hazırda əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub.
FHN-in 112 qaynar xəttinə, Bakının Səbail rayonu, Lev Tolstoy küçəsində binada yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Hadisə yerindən kadrları təqdim edirik: