Aktrisa Pərvin Abıyeva şəxsi həyatı ilə bağlı etiraf edib.
Bizim.Media xəbər verir ki, sənətçi "Rəngarəng" verilişində 3 dəfə nişanlı olduğunu deyib.
O bildirib ki, ailə qurmaq üçün etdiyi bu 3 cəhdin hamısı uğursuz alınıb.
Qeyd edək ki, Pərvin bundan əvvəl "Ömrüm nişanlı ola-ola keçib. Hər gələn evlənmək adıyla nişanlanıb, sonra gedib. Hamısı ilə nişanlı olmuşam. Hamısından üzüyüm var. Bundan sonrakına deyəcəyəm mənə üzük vermə, düşmür" açıqlaması ilə gündəmə gəlmişdi. (Axsam.az)
Bizim.Media