EN

Hava niyə isinib? – “Arktik hava kütlələrinin hərəkəti tam dayanmayıb”

Son günlər havaların isti keçməsinin əsas səbəbi Aralıq dənizi üzərindən gələn isti cənub hava kütlələrinin ölkə ərazisinə daxil olmasıdır.

KONKRET.az xəbər verir ki, bunu “Yeni Sabah”a ekoloq Sadiq Həsənov bildirib.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın 3 gündə Azərbaycan ərazisində hava şəraitində mühüm dəyişiklik gözlənilmir.

Sadiq Həsənovun sözlərinə görə, bu hal mövsüm baxımından o qədər də arzuolunan sayılmır:

“Qış ayları hələ başa çatmayıb. Fevralda havaların erkən mülayimləşməsi bitkilər və ağaclar üçün aldadıcı təsir göstərə bilər. Günəş şüalarının təsiri ilə torpaq tez oyanır, vegetasiya prosesi başlayır, bitkilərin qidalanması və inkişaf mərhələsi aktivləşir. Bu proses, adətən, mart ayından başlayır”.

Ekspert bildirib ki, əgər istilər davam etsə, bitkilər erkən çiçəkləyə və inkişaf mərhələsinə keçə bilər:

“Hazırda Arktik hava kütlələrinin hərəkəti tam dayanmayıb. Şərqi Avropa və Rusiyanın şimal-şərq istiqamətindən, o cümlədən Sibir və Xəzər dənizi üzərindən daxil olan soyuq hava axınları qısa müddətdə temperaturun enməsinə səbəb ola bilər. Kəskin temperatur dəyişikliyi xüsusilə çiçəkləmə mərhələsinə keçmiş bitkilərə mənfi təsir göstərə, onların inkişafında problemlər yarada bilər. Bu baxımdan, hazırkı istilər mövsümə uyğun sayılmır və müəyyən risklər yaradır”.

Chosen
77
2
konkret.az

3Sources