EN

Türkiyədə tanınmış sənətçilər SAXLANILIB

Ajans.az yerli mediaya istinadən xəbər verir ki, şəhər prokurorluğu narkotik və psixotrop maddələrin istehsalı və qanunsuz dövriyyəsi ilə bağlı araşdırma aparır. Əməliyyat çərçivəsində hüquq-mühafizə orqanlarının əməkdaşları qadağan olunmuş maddələrin dövriyyəsində şübhəli bilinən 17 nəfəri saxlayıblar. Saxlanılanlar arasında müğənnilər Murat Dalkılıç və Kaan Tangöze, aktyor İsmail Hacıoğlu və bloqçu Kemal Doğulu da var. Hazırda istintaq tədbirləri davam etdirilir. Hüquq-mühafizə orqanları iş üzrə bütün halların müəyyənləşdirilməsi istiqamətində araşdırmaları davam etdirir.

 

Chosen
56
Ajans.az

1Sources