EN

Cəlilabaddakı qətlin TƏFƏRRÜATI məlum olub VİDEO

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Cəlilabad rayonunun Uzuntəpə kəndində qətl hadisəsi baş verib.

Baku TV-nin məlumatına görə, qohumlar arasında yaşanan insident qanla nəticələnib.

Cəlilabaddakı qətlin TƏFƏRRÜATI məlum olub - VİDEO

Məlumata görə, 24 yaşlı İbrahim Babayev 52 yaşlı Azər Baxşiyevlə əvvəlcədən əlaqə saxlayaraq onun kəndə gəlməsini istəyib, bundan sonra isə ona bıçaqla xəsarət yetirib. Ağır xəsarətlər alan Azər Baxşiyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

"Azəri həyətində öldürüb. Heç kəslə işi olmayan adam idi. Oğlu Bakıda oxuyur, onun yanında qalırdı. Yaxın vaxtlarda rayona gəlmişdi", - deyə ölən şəxsin qohumu bildirib.

Cəlilabad Rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, 2002-ci il təvəllüdlü İbrahim Babayev şübhəli şəxs qismində saxlanılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
84
oxu.az

1Sources