EN

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşaqdan xəbər var

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ağcabədi rayonunun Aşağı Avşar kəndində bıçaqlanan 7 yaşlı uşaq evə buraxılıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Musavat.com-a Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

“04.02.2026-cı il tarixində saat 18:00-da hospitalizasiya olunan 2019-cu il təvəllüdlü azyaşlıya göstərilən zəruri tibbi xidmətdən və həkimlərin çoxsaylı səylərindən sonra pasiyent kafi vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb”, - məlumatda qeyd olunub.

Bildirilib ki, tibb müəssisəsinə şiddətli qanaxma ilə daxil olan azyaşlı üzərində cərrahi əməliyyat icra olunub. Əməliyyatdan sonra Reanimasiya şöbəsində müvafiq medikamentoz müalicə tədbirləri uğurla davam etdirilib.

Xatırladaq ki, Ağcabədi rayonunda azyaşlı şəxs çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirmişdi. DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 1 nəfər müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin 12 yaşı olduğu bildirilir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
56
1
cebheinfo.az

2Sources