
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Konfrans Liqasının pley-off oyununu idarə edəcək.
AFN.az xəbər verir ki, həmyerlimiz Finlandiyada yerli “KuPS” və Polşanın “Lex” komandaları arasında keçiriləcək matça təyinat alıb. Qarşılaşma fevralın 19-da Tampere şəhərindəki “Tammelan” stadionunda baş tutacaq.
Yaşıl meydanda ona Zeynal Zeynalov və Akif Əmrəli kömək göstərəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. VAR-da ingiltərəli Stuart Attvell, AVAR-da isə Nicat İsmayıllı əyləşəcək.
Qeyd edək ki, qarşılaşma fevralın 19-u Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.