EN

“Davamlı olaraq ucuz yağlardan istifadə olunması tövsiyyə olunmur” Mütəxəssis

ain.az, 525.az saytına istinadən bildirir.

“Yağın tərkibində A, D, E, K vitaminləri var. Bunlar orqanizmin sağlamlığı üçün çox faydalıdır. Xüsusilə, hormon balansının düzgün işləməsi üçün, vitaminlərin sorulması üçün, ürək-damar xəstəliklərinin qarşısının alınmasında, hüceyrə və beyin sağlamlığında, eləcə də, immunitetin güclü olması üçün çox faydalıdır. Onların tərkibində omega 3, omega 6, omega 9 yağları var. Bunlar da xüsusilə, bitki yağlarının tərkibində daha çox olur. Ona görə, ümumiyyətlə, yağ istifadə edərkən, alarkən keyfiyyətli, mənşəyi bəlli olan yerdən almaq lazımdır”.

Bunu Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova 525.az-a bildirib. O vurğulayıb ki, ucuz yağlarda keyfiyyətsiz xammal, eləcə də, emal üsulları doğru olmadıqda, orqanizm üçün bir çox fəsadlar törədə bilər. Xüsusilə də, ucuz yağlar bəzən xroniki xəstəlikləri olan insanlarda xəstəliyin kəskinləşməsinə də gətirib çıxara bilər. Yüksək temperaturda emal olunursa, bu zaman daha zərərli olar:

“Emal prosesində, yaxşı olar ki, keyfiyyətli xammaldan istifadə olunsun. Uzun müddət ucuz, keyfiyyətsiz yağlardan, xüsusilə yüksək doymuş yağlardan ibarət yağlar və yaxud kərə yağı yerinə daha çox marqarin, spred istifadə edən insanlarda ürək-damar sistemində problemlər, sinir sistemində pozulmalar baş verir. Eləcə də, diqqət əksikliyi, yaddaş zəifləməsi, damar tıxanıqlığı, çəki artımı və digər problemlər yaranır. Ona görə, davamlı olaraq ucuz yağlardan istifadə olunması tövsiyyə olunmur. Hər zaman xüsusi risk qrupunda olan insanlar, aşağı yaşlı, inkişaf dövründə olan insanlar, xroniki xəstəliyi olan insanlar və ürək, qaraciyər xəstəliyi olan insanlar mütləq keyfiyyətli yağdan istifadə etməlidir. Ucuz yağlardan istifadəni onun miqdarını azaltmaqla və ya heç istifadə etməməklə təhlükəsiz etmək olar. Düzdür, əgər, keyfiyyətsizdirsə, zərərlidirsə, onun miqdarının az olması belə orqanizmə öz mənfi təsirini göstərəcək. Ona görə, mütləq sağlam alternativlər olaraq, salatlarda soyuq sıxım zeytun yağları, yeməklərdə isə təmiz günəbaxan yağı, təmiz zeytun yağından istifadə etmək olar”.

Sevinc Qarayeva 

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
48
525.az

1Sources