EN

Qış aylarında körpələri həftədə neçə dəfə çimizdirmək lazımdır? -Açıqlama

"Havalar soyuq olsa da, körpələri həftədə minimum 2 dəfə çimizdirmək lazımdır. Bəzən bunu həftədə bir dəfə edirlər, amma həftədə bir dəfə çimdirmək çox azdır".

Redaktor.az xəbər verir ki, bunu həkim-pediatr Günay Rəsulova körpələri qışda neçə gündən bir çimdirməli olduğumuzdan danışarkən sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, körpənin çimdiyi gün evin temperaturunu ilk 5-6 saatlıq müddət üçün 1–2 dərəcə artırmaq olar:

"Sonra isə yavaş-yavaş əvvəlki temperatura qaytara bilərsiniz. Amma körpəni çimdirib dərhal çölə çıxarmaq qətiyyən olmaz, çünki bu uşağın bədəninin soyumasına və xəstələnməsinə səbəb ola bilər. Çimdirməklə uşaq xəstələnməz; uşaq yalnız virus və infeksiyalarla təmasdan xəstələnə bilər".

Aytəkin TOFİQQIZI

Chosen
76
1
redaktor.az

2Sources