EN

Azərbaycanlı FIFA referisi UEFA Konfrans Liqasının pley-off oyununu idarə edəcək

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Konfrans Liqasının pley-off oyununu idarə edəcək.

"Far.Az"un məlumatına görə, 38 yaşlı hakim Finlandiyada yerli "KuPS" və Polşanın "Lex" komandaları arasında keçiriləcək matça təyinat alıb.

Ona Zeynal Zeynalov və Akif Əmrəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. VAR-da ingiltərəli Stuart Attvell, AVAR-da Nicat İsmayıllı əyləşəcək.

Qeyd edək ki, fevralın 19-da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Chosen
51
5
far.az

6Sources