EN

Neftçalada zəhərlənən beş nəfərinVƏZİYYƏTİ

Neftçala rayonunun Bankə qəsəbəsində beş nəfərin qidadan zəhərləndiyi ehtimal olunur.

Redaktor.az oxu.az-a istinadla xəbər verir ki, Neftçala Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, fevralın 17-də saat 03:20-də beş nəfər (üç kişi, iki qadın) zəhərlənmə şübhəsi ilə Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"Onlara dəqiqləşdirilməmiş bakterial qida mənşəli zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri orta ağır qiymətləndirilən şəxslərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir".

Chosen
33
1
redaktor.az

2Sources