EN

TƏBİB in yeni direktor əvəzi ilk əmrini verdi Samir Namazov vəzifədən azad edildi

Mia.az saytına istinadən ain.az xəbər verir.

Şəmkir rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifədən çıxarılıb.

Mia.az "Unikal"a istinadla xəbər verir ki, xəstəxananın direktoru Samir Namazov TƏBİB rəhbərliyinin müvafiq əmiri ilə vəzifəsindən azad edilib.

Qeyd edək ki S.Namazov bu vəzifəyə 2025-ci ildə təyin edilib. S.Namazov direktor vəzifəsindən öncə xəstəxananın Cərrahiyyə Şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki,dünən Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru vəzifəsindən azad olunub və onun səlahiyyətləri müavini Anar İsrafilova həvalə edilib.

Yeni sədr əvəzi ilk açıqlamasında belə dəyişiklik anonsu vermişdi: "Hələki yeni təyin olunmuşam.  Yəqin ki, TƏBİB-də kadr dəyişiklikləri və yeniliklər olacaq. Hələki bu barədə nəsə deyə bilmirəm".

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
31
mia.az

1Sources