EN

"Qarabağ" - "Nyukasl" oyununa neçə bilet satılıb? - SON DURUM

"Qarabağ" ilə İngiltərənin "Nyukasl" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununa bilet satışı davam edir. 

Fanat.Az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq 27500 bilet alınıb.

Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" oyunu sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.

Chosen
2
fanat.az

1Sources