EN

Neftçalada ad günündə 5 nəfər zəhərləndi

Neftçala rayonunda zəhərlənmə hadisəsi qeydə alınıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Bankə qəsəbəsində keçirilən ad günü məclisində baş verib.

Həmin tədbirdə iştirak edən 5 qohum gecə saatlarında qidadan zəhərlənmə diaqnozu ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
22
8
busaat.az

9Sources