EN

Ali Məclis deputatının köməkçisinin hüququ status yaradılır

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatınınköməkçisinin hüququ status yaradılacaq.

Trend-inməlumatına görə, bu məsələ Ali Məclisin fevralın 18-də keçiriləcəkplenar iclasının gündəliyində yer alan müvafiq qanun layihəsində özəksini tapıb.

Qanun layihəsinə əsasən, deputatın fəaliyyətinin təmin edilməsiməqsədilə onun köməkçiləri ola biləcək.

Deputatın köməkçiləri Naxçıvan Muxtar Respublikasının büdcəsihesabına saxlanılacaq.

Deputatın köməkçisinin işə qəbulu Azərbaycan Respublikasınınəmək qanunvericiliyi ilə tənzimlənəcək.

Deputatın köməkçisinə aid əlavə tələblər Naxçıvan MuxtarRespublikası Ali Məclisi sədrinin qərarı ilə müəyyən ediləcək.

Chosen
25
8
az.trend.az

6Sources