EN

Dövlət İdarəçilik Akademiyası ilə MİCA arasında əməkdaşlıq Memorandumu imzalanıb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 17 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Mərkəzi Asiya Araşdırmaları üzrə Beynəlxalq İnstitut (MİCA) arasında əməkdaşlıq haqqında Memorandumun imzalanmasına həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Akademiyanın rektoru, akademik Urxan Ələkbərov və MİCA-nın direktoru Javlon Vaxabov çıxış edərək qurumlar arasında əlaqələrin əhəmiyyətini vurğulayıblar, əməkdaşlıq perspektivləri barədə danışıblar.

Birgə tədqiqatların həyata keçirilməsi, elmi nəşrlərin hazırlanması, MİCA əməkdaşlarının Akademiyada doktoranturaya cəlb edilməsi, onlayn mühazirələrin təşkili və təcrübə mübadiləsi imkanları ətrafında müzakirələr aparılıb.

Tədbirin sonunda tərəflər əməkdaşlıq haqqında Memorandumu imzalayıblar və xatirə fotosu çəkdirilib.

İmzalanan sənəd iki qurum arasında elmi-tədqiqat və tədris sahəsində əməkdaşlığın genişləndirilməsinə, həmçinin gələcək birgə layihələrin həyata keçirilməsinə xidmət edəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
57
1
azertag.az

2Sources