EN

Cenevrə görüşü öncəsi gərginlik -ZelenskidənAÇIQLAMA

Rusiya ordusu Cenevrədə keçiriləcək danışıqlar ərəfəsində Ukraynanın enerji infrastrukturuna qarşı dağıdıcı kombinə edilmiş zərbə endirib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski "Telegram" hesabında bildirib.

Onun sözlərinə görə, hücum Ukraynanın enerji sisteminə maksimum ziyan vurmaq məqsədi ilə planlaşdırılıb. “Bu, enerji infrastrukturumuza mümkün qədər böyük zərər yetirmək üçün xüsusi hesablanmış kombinə edilmiş zərbə idi”, – deyə o vurğulayıb.

Zelenski qeyd edib ki, hücum zamanı təxminən 400 pilotsuz uçuş aparatı və müxtəlif tipli, o cümlədən ballistik olmaqla 30 raketdən istifadə olunub.

Aytəkin TOFİQQIZI

Chosen
71
1
redaktor.az

2Sources