EN

Qurbanovun oduna Zaur Əliyev də “yana” bilər

Vüqar Qurbanovun TƏBİB-in icraçı direktoru vəzifəsindən azad edilməsi başqa bir məmuru hədəfə gətirib. Bu, İcrabi Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevdir.

Publika.az Globalinfo.az-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə və mediada onların arasında gizli və qeyri-leqal iş birliyinin olması barədə müzakirələr başlayıb. Əsasən satınalmalarda yeyintilərə və bəzi mənimsəmələrə yol verdikləri, tenderləri özlərinə yaxın şirkətlərin, adamların adlarına keçirdikləri ilə bağlı iddialar yayılır.

Növbəti belə bir iddia 2022-2023-cü illərdə Yeni Klinikanın əməkdaşı olmuş İlham Aslanova məxsusdur.

“Heç kəsə sirr deyil ki, TƏBİB sədri Vüqar Qurbanovun İcbari Tibbi Sığorta Agentliyinin (İTS) sədri Zaur Əliyevlə sıx əlaqələri mövcuddur. Maraqlıdır, görəsən, TƏBİB və İTS tərəfindən son 3 il ərzində elan etdikləri və həyata keçirdikləri satınalmalar üzrə kotirovka sorğuları, tenderlər də yoxlanılıbmı? Bu satınalma əməliyyatlarına cəlb edilən şirkətlər və təşkilatlar ilə əlaqələri araşdırılıbmı? Kimlərdir və kimlərin adamlarıdır?

Chosen
24
6
publika.az

7Sources