Tbilisi, 17 fevral, AZƏRTAC
Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Anna Akopyan arasındakı vətəndaş nikahı başa çatıb.
AZƏRTAC erməni mediasına istinadla xəbər verir ki, cütlük rəsmi nikah müqaviləsi imzalayıb.
“Nəhayət, vətəndaş nikahımız başa çatdı və biz rəsmi nikaha daxil olduq”, - deyə Anna Akopyan bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi