Fevral ayının 19-da səhər saat 10:00-dan başlayaraq "Xaldan Əhali" ölçü qovşağından Yevlax rayonu ərazisində yerləşən 21 kəndin mavi yanacaqla təminatında fasilə yaranması nəzərdə tutulur.
Bununla bağlı "Azəriqaz" İstehsalat Birliyi açıqlama yayıb.
Məhdudiyyət ümumilikdə 5 806 əhali və 38 qeyri-əhali kateqoriyasına aid abonenti əhatə edəcək.
Qaz təchizatının müvəqqəti dayandırılması qaz ölçü qovşağında mövcud olan baypas xəttində aparılacaq təmir işləri ilə əlaqəlidir.
Tarix: 17 Fevral 2026, 12:08