EN

Qazaxıstan xüsusi xidmət orqanları Nurlan Saburovu YOXLAYIR

Qazaxıstanın xüsusi xidmət orqanları komik Nurlan Saburovu yoxlamağa başlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə KİV-lər məlumat yayıb.

Tanınmış komik Nurlan Saburovun fəaliyyəti bu gündən etibarən Qazaxıstanın xüsusi xidmət orqanları tərəfindən yoxlanılmağa başlanıb.

Məlumata görə, sənətçi özəl hərbi şirkətlərdən (ÖHŞ) birinə kömək etməkdə şübhəli bilinir.

Əgər komikin hərbi şirkətə yardımı sübuta yetirilərsə, onu əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilə qədər həbs cəzası gözləyir.

Bu halda o, Qazaxıstanı tərk edə bilməyəcək və Rusiyaya girişi 50 il müddətinə bloklanacaq.

Hazırda faktla bağlı araşdırmalar davam edir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
66
interpress.az

1Sources