EN

İngiltərə mətbuatı “Qarabağ”la oyun ərəfəsində “Nyukasl”ın zəif cəhətlərini qabartdı

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu mövsüm "Qarabağ" sübut edir ki, Bakıda keçirdiyi oyunlarda rəqiblin adı onlar üçün maraqlı deyil. Qurbanovun komandası Azərbaycan paytaxtında baş tutan qarşılaşmalarda bütün rəqiblərə qol vurmağı bacarıb. İstər bu  praqmatik "Kopenhagen" olsun, istər ulduzlarla dolu "Çelsi", istərsə də hücum futboluna üstünlük verən Franskfurt "Ayntraxt"ı. Azərbaycanlılar cəsarətli oyun nümayiş etdirir, hətta bəzən  avantüraya gedərək açıq futbola üstünlük verir". Sport24.az xəbər verir ki, Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Nyukasl"la sabah baş tutacaq ilk görüş ərəfəsində İngiltərənin "Sports Mole" nəşri rəqibləri təhlil edib. 

Mənbənin sözlərinə görə, ağdamlıların müdafiəsi heç də mükəmməl deyil ("Ayaks"la oyunda buraxdıqları 4 qolu xatırladıb), amma komanda bunu fədakarlıq və sarsıdıcı əks-hücumlarla sığorta edir.

"Nyukasl" Azərbaycana iki qələbə ilə gəlir. Amma bunu inamlı qalibiyyət adlandırmaq olmaz. Bəxt də bu görüşlərdə "sağsağanlar"ın tərəfində olub. Bakıya uzun uçuş (təxminən 4000 km) və saat dəyişikliyi ingilis komandası üçün əlavə çətinlik olacaq. "Nyukals" səfərdə keçirdikləri oyunlarda müdafiədə zəif təsir bağışlayır. Komanda 15 səfər oyununun 14-də qol buraxıb. Bütün amilləri nəzərə alsaq, sabah keçiləcək görüşdə hər iki komandanın qol vuracağını düşünmək olar".

Qeyd edək ki, "Qarabağ" – "Nyukasl matçı sabah saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
50
sport24.az

10Sources