EN

ABŞ müttəfiqlərindən 900 milyard dollarlıq silah sifarişi alıb

Xarici tərəfdaşlardan ABŞ-ın silah sifarişlərinin ümumi həcmi 900 milyard dollara çatıb.

Herbiand.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibi Marko Rubio və Pentaqon rəhbəri Pit Heqsetin "USA Today" qəzetində dərc olunmuş birgə məqaləsində bildirilib.

Məqalədə qeyd olunur ki, qlobal silah satışlarının 43% ABŞ-ın payına düşür. Hazırkı portfelə 190 ölkə və region üçün 16 mindən çox sifariş daxildir və onun dəyəri 900 milyard dolları keçib. Müəlliflər sifarişin çox olduğuna görə tədarükdə gecikmələr olduğunu da bildirib.

Məqalədə həmçinin bildirilir ki, ABŞ administrasiyası əvvəlki strategiyanın səmərəsiz olduğunu sübut etdiyi üçün hərbi satınalma sistemində islahat aparmaq məcburiyyətində qalıb.

Chosen
11
herbiand.az

1Sources