EN

Pakistanda təhlükəsizlik qüvvələrinə bombalı hücum edilib: 10 nəfər ölüb

Pakistanın Əfqanıstan sərhədində yerləşən Hayber-Paxtunxva əyalətinin Bacaur bölgəsində təhlükəsizlik qüvvələrinin nəzarət məntəqəsinə partlayıcı yüklü avtomobillə hücum həyata keçirilib.

Hadisə nəticəsində 10 nəfər həyatını itirib.

Partlayışdan sonra nəzarət məntəqəsi dağılıb, bəzi təhlükəsizlik əməkdaşlarının dağıntılar altında qaldığı bildirilir.

Axtarış-xilasetmə işləri davam edir

Hazırda ərazidə axtarış-xilasetmə tədbirləri davam etdirilir. Hücumu törədənlərin kimliyi hələlik müəyyən edilməyib.

Hayber-Paxtunxva əyalətinin baş naziri Sohail Afridi yaydığı açıqlamada terror aktını qınayıb.

Chosen
7
aznews.az

1Sources