EN

"Sənin kirayə qaldığın binada mənim 3 EVİM VAR"

Müğənni Ülviyyə Namazova "Rəngarəng" canlı efirində həmkarı Vəfa Şərifovanın ünvanına səsləndirdiyi fikirlərə sərt münasibət bildirib.

Milli.Az xəbər verir ki, sənətçi açıqlaması ilə studiyada gərgin anlar yaşadıb.

Ülviyyə Namazova bildirib ki, sənətdəki təcrübəsi və qazandığı uğurlar onun haqqında səsləndirilən iddialara cavab verməyə kifayət edir:

"Vəfanın yaşı qədər Elzanın sənəti var. Elza 40 ildir, mən isə 25 ildir oxuyuram. Niyə Vəfadan borc almalıyam? Bu yaşıma qədər heç kimdən borc almamışam, əksinə borc vermişəm".

İfaçı əlavə edib ki, vaxtilə eyni binada yaşadıqları dönəmdə Vəfa Şərifova kirayədə qalırmış:

"Mənim üç evim olan binada o, kirayə qalırdı".

Namazova həmçinin iddia edib ki, Şərifova onun mahnısını popuriyə salmaq istəyib:

"Mahnımı oxuyub popuriyə salmaq istəmişdi. Dedim oxu, amma sonra mən də deyərəm ki, qara qəpiyimi vermərəm".

Sənətçi daha sonra daha bir maraqlı məqama toxunub. Onun sözlərinə görə, Vəfa Şərifova türkiyəli müğənni Yıldız Tilbe ilə duet oxumaq üçün maddi vəsait axtarıb:

"Yıldız Tilbe ilə duet oxumaq üçün pul axtarırdı, maşınını satırdı. Mən də qara qəpiyimi vermərəm. Amma darda olsa, insanlıq naminə kömək edərəm".

Ülviyyə Namazovanın bu sərt açıqlamaları sosial şəbəkələrdə geniş rezonans doğurub. İzləyicilər iki sənətçi arasında yaşanan gərginliyin necə nəticələnəcəyini maraqla izləyirlər.

Musa
Milli.Az

Chosen
12
1
milli.az

3Sources